05:47
(077) 610-22-33

“Azərbaycandakı nurçuların çoxu böyük vəzifə sahibləridi”

  • >
8 907 26 Avqust 2016 10:18 | Siyasət

“Bu gün Azərbaycanda elə böyük nurçular var ki, onlar vəzifələrindən istifadə edib nurçu adı ilə adamları həbs edirmək gücündədirlər”.


Bunu AzNews.az-a açıqlamasında 90-cı illərdə Türkiyədə təhsil almış jurnalist Əvəz Zeynallı sabiq Təhsil naziri Firudin Cəlilovun "Gülənçilər 2 min tələbəmizi ələ keçirdi" fikrinə münasibətində deyib.

Ə.Zeynallı Firudin Cəlilovun narahatçılıqlarının böyük ölçüdə doğru olduğunu hesab edir: "Yəni, Türkiyə göndərilən tələbələrin böyük əksəriyyəti Gülənçilərin təsirinə düşdü. Amma təbii ki, Firudin müəllimin dediyi həm 2 min, həm də 1991-ci ildə göndərilən tələbələrin arasında çox sağlam, vətənini, dövlətini sevən tələbələr var idi. Həmin tələbələr bu gün Azərbaycanın siyasi-iqtisadi sferadadır. Firudin Cəlilov gərək, bu həyəcan təbilini indi deyil, 15-20 il, elə Təhsil naziri olduğu vaxtlarda səsləndirib, narahatçılığını o zaman dilə gətirərdi".

Jurnalist Türkiyədə təhsil alan tələbələrdən biri kimi 20 ildir ki, gülənçilərlə döyüşdüyünü vurğulayıb: "Hamı bizə deyirdi ki, onların gözəl təhsili var. Bizsə onları inandıra bilmirdik ki, nurçuların gələcəyi Azərbaycan dövləti üçün çox təhlükəlidir. Biz Azərbaycanda olan nurçuları çox yaxşı tanıyırıq. Onların böyük əksəriyyəti vəzifələrdə oturublar. Aralarında millət vəkilləri, jurnalistlər də var. "Xural" qəzetinin 10 illik fəaliyyəti böyük ölçüdə nurçulara qarşı savaş tarixidir".

Qeyd edək ki, sabiq Təhsil naziri Firudin Çəlilov Fətullahçıların ölkəyə yerləşdirilməsiylə bağlı maraqlı faktlar açıqlayıb. O, bildirib ki, vaxtı ilə Azərbaycandan Türkiyəyə təhsil almaq üçün 2 min tələbə göndərib. Onların böyük əksəriyyəti isə gülənçilər ələ keçirib.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X