09:14
(077) 610-22-33

Rəhim Qazıyev: “Pənah Hüseyn telefonumu gizli dinlətdirib” - EKSKLÜZİV

  • >
2 481 1 Dekabr 2012 09:24 | Siyasət

"Əli Kərimli və İsa Qəmbər saxta işlərlə məşğul olan adamlardır".
Bunu AzNews.az-a açıqlamasında Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev bildirib: "Bu adamlar özlərini güya xalqın dərdinə yanan kimi göstərirlər. Amma onlar qətiyyən xalqı düşünmürlər, ancaq öz mənafelərini düşünürlər. Onlar xalqı aldadırlar. Bu adamlar bir il hakimiyyətdə oldular və sonra qəfil başı üstə yerə getdilər. Hətta cəbhənin hakimiyyəti dövründə Pənah Hüseyn mənim telefonumu da gizli dinlətdirirdi. Allah hər şeyi görür, müqəddəs Peyğəmbərimiz (s) gözəl buyurub: "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol". Bunlar əgər belə olsaydılar, o zaman problemlər də həll olunardı".

Xatırladaq ki, Rəhim Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinə rəhbərlik edib. 1995-ci ildə Cinayət Məcəlləsinin 3 maddəsi üzrə ittiham edilərək ölüm cəzasına məhkum olunub. Sonradan ölüm cəzası ömürlük həbslə əvəzlənib.

R.Qazıyev 2005-ci ildə Azərbaycan prezidenti tərəfindən əfv olunub.

Vasif Həsənli
AzNews.az
Bağla X