16:44
(077) 610-22-33

XİN amerikalı konqresmenə yerini göstərdi

  • >
412 5 Dekabr 2012 10:51 | Siyasət

Elman Abdullayev: “Onun bu tərz ermənipərəst mövqeyi artıq ifrat dərəcəyə çatıb”



Amerikalı konqresmen Adam Şiff Amerika qanunvericilərini ABŞ-ın Azərbaycanın hərbi ehtiyacları üçün etdiyi bütün yardımları təxirə salmağa çağırıb. APA-nın verdiyi məlumata görə, bu barədə Amerika Erməni Milli Komitəsi məlumat yayıb. Nümayəndələr Palatasının təxsisatlar komitəsinin üzvü Adam Şiffin bəyanatı Ramil Səfərovun əfv edilməsi və ona hərbi rütbə verilməsi ilə əlaqədar olub. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinə təhsil məqsədilə ayrılan vəsait boşuna sərf olunub və Azərbaycan atdığı addımın əvəzini ödəməlidir.

Ermənipərəst konqresmen bildirib ki, Azərbaycan rəsmi Vaşinqtondan təhlükəsizlik sahəsindəki köməyi ehtiyacı olduğu üçün istəmir, bu kömək iki ölkə arasındakı yaxınlıqdan xəbər verir: "Hərbi köməyi kəsməklə ABŞ Azərbaycana Ramil Səfərov məsələsindəki narazılığını və Ermənistan və Dağlıq Qarabağa qarşı istənilən təcavüz hərəkətinə dözməyəcəyini bildirəcək".

Xatırladaq ki, Adam Şiff ermənipərəst mövqeyi ilə seçilən konqresmenlərdən, həmçinin qondarma "erməni soyqırımı" layihəsinin müəlliflərindən biridir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında Adam Şiffin erməni diasporunun təsiri altında olan konqresmenlərdən olmasına diqqət çəkib: "Adam Şiffin bu cür bəyanatları onun erməni diasporunun təsiri altında olduğuna və onun nə edib-etməyəcəyinin birmənalı olaraq erməni diasporu tərəfindən diktə edildiyinə şübhə yaratmır. Onun bu tərz ermənipərəst mövqeyi artıq ifrat dərəcəyə çatıb. Siyasi karyerası erməni icmasından asılı olan bir insandan başqa cür bəyanat gözləmək olmaz".

AzNews.az
Bağla X