02:09
(077) 610-22-33

Kanadada Ermənistan-Azərbaycan münaqişəsindən danışıldı

  • >
342 6 Dekabr 2012 08:44 | Siyasət

Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev bu ölkənin Toronto Universitetinin nəzdində fəaliyyət göstərən Qlobal Münasibətlər üzrə MUNK Mərkəzində (MUNK School of Global Affairs) "Azərbaycan: İqtisadi perspektivlər və geosiyasi baxış" (Azerbaijan: Economic Perspectives and geopolitical challenges) mövzusunda çıxış edib. Bu barədə AzNews.az-a səfirlikdən məlumat verilib.

Məlumata görə, çıxış zamanı səfir F.Şəfiyev ölkəmizin iqtisadi inkişafı, geosiyasi vəziyyəti, Ermənistan-Azərbaycan münaqişəsi haqqında ətraflı məlumat verib və tədbirin sonunda müəllim və tələbələrin suallarını cavablandırıb.

Tədbir Toronto Universitetində keçirilən "Azərbaycan üzrə araşdırmalar" kursu çərçivəsində qeyd olunan universitetdə fəaliyyət göstərən Avropa, Rusiya və Avrasiya tədqiqatları Mərkəzinin (Centre for European, Russian, and Eurasian Studies) və Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun (Canadian Institute for Azerbaijan Studies) dəstəyi və təşəbbüsü ilə təşkil olunub.

Vasif Həsənli
AzNews.az
Bağla X