18:41
(077) 610-22-33

Aksiyanın təşkilatçıları BŞBPİ-yə çağırıldı

  • >
424 8 Dekabr 2012 09:49 | Siyasət

Görüş saat 17.00-da keçiriləcək



İctimai Palatanın (İP) dekabrın 10-a planlaşdırdığı piketlə bağlı aksiya təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. İP katibi, piketin Təşkilat Komitəsinin üzvü Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, bu gün səhər saatlarında ona BŞBPİ-nin ictimai təhlükəsizlik idarəsindən zəng edilib.

O və piket təşkilatçısı kimi Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətə imza atan daha iki İP üzvü paytaxt Baş Polis İdarəsinə dəvət edilib. Onunla danışan polis əməkdaşı piket təşkilatçıları ilə BŞBPİ-nin rəhbərliyinin görüşəcəyini söyləyib. Görüş saat 17.00-da keçiriləcək.

Qeyd edək ki, Müsavat Partiyası dekabr 10-da saat 14.00-dan 15.00-dək Milli Məclisin binası qarşısında piketin keçirməyi planlaşdırır. Bu aksiya İctimai Palata tərəfindən də dəstəklənib. Bakı Şəhər İcra Hakimiyyəti isə piketin keçirilməsini məqsədəuyğun saymayıb.ğ

AzNews.az
Bağla X