05:23
(077) 610-22-33

İlham Əliyev Reuven Rivlinə məktub yolladı

  • >
1 375 1 May 2017 18:11 | Siyasət

Prezident İlham Əliyev İsrail Dövlətinin prezidenti Reuven Rivlinə təbrik məktubu göndərib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Bağla X