18:19
(077) 610-22-33

“AŞPA-nın Türkiyə ilə bağlı qərarı haqsızdır” - Spiker

  • >
1 158 2 May 2017 12:41 | Siyasət

Milli Məclisin plenar iclasında AŞPA-nın yaz sessiyasında Türkiyənin postmonitorinqdən çıxarılaraq yenidən monitorinq altına alınması ilə bağlı qərarı müzakirə edilib.

APA-nın məlumatına görə, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl sədr Oqtay Əsədov bu məsələyə toxunub. Türkiyənin Avropa Şurasını təsis edən dövlətlərdən biri olduğunu xatırladan spiker AŞPA-nın bu qərarını tənqid edib: “13 il öncə Türkiyə monitorinq prosesindən çıxarılsa da, yenidən postmonitorinqdən monitorinqə keçirilməsi barədə qərar verildi. Bununla bağlı bizim AŞPA-dakı nümayəndə heyətimiz sərt çıxış etdi, bu haqsız qərara öz etirazını bildirdi”.

Sonra spiker Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova söz verib.

S. Seyidov bildirib ki, Türkiyə ilə bağlı hazırlanan məruzə bütövlükdə qəbulolunmazdır: “AŞPA-nın yaz sessiyası əvvəlkindən çox fərqlənir. Assambleyada ikili standartlar var, Türkiyə və Azərbaycana hansısa başqa prizmadan baxılır. Yaz sessiyasında bu, pik həddinə çatdı. Bu gün Avropada islamofobiya, radikalizm halları güclənməkdədir. Türkiyəyə qarşı verilən bu qərar da islamofobiyanın, radikalizmin bir elementidir. AŞPA postmonitorinqdən monitorinqə keçirməklə, bütövlükdə Türkiyəni Avropadan ayırmağa nail olmaq istəyir. Təəssüf ki, AŞPA-dakı sağlam qüvvələrin və Türkiyə nümayəndə heyətinin mövqeləri qəbul olunmadı. Nəticədə bu qərar verildi”.

AzNews.az

Bağla X