14:03
(077) 610-22-33

Müsavatdan ittihamlara-CAVAB

  • >
208 8 Fevral 2013 12:21 | Siyasət

Arif Hacılı: “Bu taktikamız bizə həmişə uğur gətirib”


"Birlik yaratmaq istiqamətində təşəbbüslər var. Həmin təşəbbüsçülərlə əlaqələrimiz kifayət qədər sıxdır. Düşünürəm ki, partiyalarla əməkdaşlıq davam edir".

Bunu AzNews.az-a-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bəzi partiya funksionerlərinin Müsavatın müxalifətin birlik əleyhinə olması fikirlərini şərh edərkən deyib. A.Hacılının sözlərinə görə, hər hansı fikri faktlarla əsaslandırmaq lazımdır:

"Müxalifətin ən ciddi birliyin olan İctimai Palatada əsas siyasi təşkilatlardan biri Müsavat Partiyasıdır. İctimai Palatanın mövcudluğu, fəaliyyəti üçün bütün resursları ilə məhz Müsavat Partiyası şərait yaradır. Eyni zaman da partiyanın prezidentliyə namizədini irəli sürdüyü İsa Qəmbəri 9 siyasi təşkilat müdafiə edəcəyini bildirib. Bu baxımdan Müsavat daha çox siyasi qüvvələrin bir araya gəlməsinə nail olub. Bu proses bundan sonra da davam edəcək. Bəzi siyasətçilər əllərinə bir bayraq götürüb kənara çəkilir, sonra isə birlik çağırışları ilə siyasi gündəmi tutmağa, öz siyasi fəaliyyətlərini əsaslandırmağa çalışırlar. Müxalifətin birliyinə çalışan hər bir kəs öz siyasi eqosunu həyata keçirmək, öz bayrağı ilə hansısa prosesə qoşulmaq yolunu tutmamalıdır. Bir işin qulpundan tutub, Azərbaycanı bu çətin vəziyyətindən çıxması istiqamətində çalışmalıdırlar".

Müsavat funksioneri qeyd edib ki, müxalifətin birliyi İctimai Palatadan kənarda da ola bilər:

"İP-dən kənar siyasi qüvvələr funksional əməkdaşlıqla bağlı təkliflər veriblər. Bu təkliflər dəyərləndirilir. Amma hesab edirəm ki, ən böyük siyasi qüvvə, resurs Azərbaycan xalqıdır. Ona görə partiya olaraq daha çox cəmiyyəti öz ideoloji-siyasi xəttimiz ətrafında, seçkilərdə də namizədimiz və namizədlərimiz ətrafında birləşdirməyə çalışırıq. Bu taktikamız bizə həmişə uğur gətirib. Azərbaycan xalqının seçkilərdə əsas fovariti Müsavat Partiyası və ya partiyanın daxil olduğu seçki blokları olub. Hər kəs öz iddialarını irəli sürərkən bunları nəzərə almalıdır".

İlkin
AzNews.az


Bağla X