13:33
(077) 610-22-33

Lukaşenko İlham Əliyevi təbrik etdi

  • >
1 167 24 May 2017 18:36 | Siyasət

Belarus prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Belarus Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizin ölkənizin müxtəlif sahələrdə qazandığı yüksək nailiyyətlər dünya birliyi tərəfindən etiraf edilib və bir çox dövlətlər üçün örnəkdir. Əminəm ki, ikitərəfli fəal dialoqun inkişaf etdirilməsi üçün bizim birgə səylərimiz bundan sonra da qarşılıqlı faydalı Belarus-Azərbaycan əməkdaşlığının dərinləşməsinə və genişlənməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, yeni quruculuq uğurları, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və əmin-amanlıq arzu edirəm.

Bağla X