21:53
(077) 610-22-33

“AXCP Elçibəyin qardaşı oğlunu məhkəməyə verməyəcək“

  • >
278 20 Fevral 2013 16:06 | Siyasət

"Mən AXCP-nin Hürri Əliyevi məhkəməyə verəcəyini düşünmürəm". Bunu Modern.az saytına açıqlamasında AXCP sədr müavini Razi Nurullayev Hürri Əliyevin ittihamlarına görə onu məhkəməyə verib-verməyəcəkləri barədə məsələyə münasibət bildirərkən deyib.

Sədr müavini Hürri Əliyevin ittihamlarını ciddi qəbul etmədiklərini də deyib. Həmçinin bu ittihamın arxasında hansısa qüvvələrin durduğunu da qeyd edən Razi Nurullayev bir qrup insanın zaman-zaman AXCP sədri Əli Kərimliyə qarşı kompaniyaya başlamaq cəhdlərini də şərh edib:

"AXCP sədri Əli Kərimlini təkcə Hürri Əliyev yox, Hafiz Hacıyevdən tutmuş digər insanlar da Əbülfəz Elçibəyi zəhərləmədə ittiham ediblər. Azərbaycanın başına gələn bəlalarda dolayısı ilə Əli Kərimlini təqsirli biliblər. Bütün bunların hamısını sistemləşdirsək, hamının adını əlifba sırası ilə düzsək, ortaya yüzlərlə şəxs çıxacaq. AXCP bunların heç birini məhkəməyə verməyib. Məhkəməyə verilsə də, onlardan ədalətli qərar gözləyə bilmərik. Biz bu kimi ittihamlara ciddi yanaşmırıq. Hafiz Hacıyev də bu məsələ ortaya atılanda cəmiyyətin və ziyalıların ona əks reaksiya verməsi nəticəsində öz iddiasından geri çəkildi. AXCP-yə və onun sədrinə qarşı sürülən iddialar yanlışdır. Bu, müəyyən qüvvələr tərəfindən idarə olunur. Öyrədilmiş insanlar olduğundan biz buna əhəmiyyət vermirik. Buna görə də məhkəmədən söhbət belə gedə bilməz"-deyə vurğulayıb.

AzNews.az
Bağla X