Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonu saxlamaq üçün hər cür təxribata əl atır. Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonu saxlamaq üçün hər cür təxribata əl atır.

“Sarkisyan status-kvonu saxlamaq üçün hər cür təxribata əl atır” - Millət vəkili

Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonu saxlamaq üçün hər cür təxribata əl atır.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, Ermənistanın indiki hakimiyyəti bunun üçün hər cür diplomatik normaları pozur: "Ermənistan prezidenti bilir ki, nə yolla olursa-olsun Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Ermənistan prezidenti də buna görə diplomatik danışıqlardan qaçır. Sarkisyanın bu danışıqlardan qaçmaqda məqsədi ondan ibarətdir ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək fikrinə düşsün və bu vaxt Ermənistan dünyaya hay salsın ki, guya onlar məsələnin sülh yolu ilə həllinə razı olduqları halda Azərbaycan danışıqları pozur. Sarkisyan Rusiya, ABŞ və Fransa tərəfindən himayə olunmasaydı, o belə sarsaqlamazdı. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır və bunu bütün dünya bilir. Sarkisyan beynəlxalq qurumların Azərbaycana təzyiqləri artırması üçün bu cür üsullara əl atır".

Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.

AzNews.az