“Nazirlərimiz, məmurlarımız xarici ölkələrə gedəndə çantasına təbliğat materialı qoyub aparırmı?” “Nazirlərimiz, məmurlarımız xarici ölkələrə gedəndə çantasına təbliğat materialı qoyub aparırmı?”

Əli Həsənovdan nazirlərə unikal təklif

“Nazirlərimiz, məmurlarımız xarici ölkələrə gedəndə çantasına təbliğat materialı qoyub aparırmı?”


"Prezidentin tapşırığı əsasında beynəlxalq aləmdə Xocalı soyqırımını tanıtmaq üçün çox ciddi iş aparılır. Heydər Əliyev Fondu tərəfindən sayt açılır, mütəmadi olaraq məlumatlar verilir, hətta gənc Azərbaycan xanımı Leyla Əliyeva tərəfindən həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində 40-a yaxın ölkədə sərgilər keçirilir və bu, davam etdirilir. Xarici ölkələr Xocalı faciəsini soyqırımı kimi tanımağa başlayırlar". APA-nın xəbərinə görə, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Türkiyə səfirliyində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı təşkil olunan tədbirdə deyib.

Ə. Həsənov aparılan işlərin kifayət etmədiyini də söyləyib: "Ölkə prezidenti, birinci xanım Mehriban Əliyeva, Leyla Əliyeva və Prezident Administrasiyasının 2-3 şöbə müdiri, Azərbaycan parlamentinin bir neçə deputatı, bir neçə nazir və komitə sədri bu problemi mütəmadi qaldırırlar, bəs qalanları? Bütün nazirlərimiz, məmurlarımız daim xarici ölkələrdə səfərlərdədir. Hansı gedəndə çantasına təbliğat materialı qoyub orada paylayır? Hansı biri xarici ölkələrin birinci və digər şəxsləri ilə görüşəndə bu məsələni qaldırır? Öz sahələrinə aid məsələləri müzakirə edirlər, qərarlar qəbul edirlər, bu məsələ qalır qıraqda. Bu gün Azərbaycana milyonlarla insan daxil olur, nə üçün hava limanlarının girişi və çıxışında, avtomobil yollarının girişi və çıxışında, yollarda, keçidlərdə, otellərdə fotosərgilərimiz olmamalıdır? Bunu da cənab prezident etməlidir? Əgər biz hesab ediriksə ki, bu ümummilli məsələdir, bütövlükdə hamımız bununla məşğul olmalıyıq".

AzNews.az