“Əgər etnik sepratizmə, terrorizmə bu gün düzgün qiymət verilməsə, işğalçı öz adı ilə çağrılmasa, dünyanın nizamı daha çox pozulacaq”. “Əgər etnik sepratizmə, terrorizmə bu gün düzgün qiymət verilməsə, işğalçı öz adı ilə çağrılmasa, dünyanın nizamı daha çox pozulacaq”.

“Separatizmə laqeyd münasibət Avropanın öz başında çatlayır”

“Əgər etnik sepratizmə, terrorizmə bu gün düzgün qiymət verilməsə, işğalçı öz adı ilə çağrılmasa, dünyanın nizamı daha çox pozulacaq”.

AzNews.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov bildirib.

Onun sözlərinə görə, Brüsseldə keçirilən Qarabağ beynəlxalq forumu olduqca əhəmiyyətli olub: “Forumun keçirilməsi onu göstərdi ki, Azərbaycan da sepratizmdən, terrorizmdən narahatdır. Ölkə rəhbəri İlham Əliyev də bunu bütün beynəlxalq tədbirlərdə səsləndirib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da qatıldığı forumda Avropanın aparıcı şəxsləri iştirak edirdi.

Forum çərçivəsində etnik separtizm, beynəlxalq terrorla mübarizə üsulları ilə bərabər ikili standart kimi problemlərə də toxunuldu. Tədbirdə Əli Həsənov separtizmdən əziyyət çəkən bir çox əraziləri göstərdi. Xəritəni göstərək qeyd etdi ki, 20-dən çox ölkədə separtizm silahlı toqquşmalarla müşahidə olunur. Eləcə də Dağlıq Qarabağ münaqişəsi qeyd edildi. Təəssüf ki, 25 il keçməsinə baxmayaraq, işğal faktı aradan qaldırılmamış vəziyyətdədir. Əgər etnik sepratizmə, terrorizmə bu gün düzgün qiymət verilməsə, işğalçı öz adı ilə çağrılmasa, dünyanın nizamı daha çox pozulacaq”.

Politoloq vurğulayıb ki, Kataloniya problemi ortaya çıxanda Azərbaycan beynəlxalq hüququ müdafiə edib: “Eləcə də digər beynəlxalq təşkilatlar yalnız İspaniyanı dəstəklədilər. Belə olduğu halda isə Emənistana qarşı eyni münasibət bəslənilmir. Necə ola bilər ki, BMT-nin baş katibi Ermənistan və Azərbaycan prezidentlərini eyni cür qəbul edir və eyni münasibət bəsləyir? Hətta fikirlər səsləndirir ki, Ermənistan terrorla mübarizəyə böyük töhfələr verib. Halbuki, Ermənistanın dəstəklədiyi ASALA kimi terror təşkilatı var. Həmçinin Azərbaycan torpaqlarının işğalı faktı göz önündədir. Azərbaycan isə kiminsə torpaqlarını işğal etməyib. Gərək etnik sepratizm Avropanın mərkəzinə çatsın ki, onlar problemin yalnz bir ölkənin dərdi olmadığını anlasınlar. Bu, artıq Avropa üçün də böyük təhlükədir. O baxımdam ümid edirik ki, Kataloniya rəhbərliyinə qarşı atılan addım Ermənistan rəhbərliyinə qarşı da atılacaq. Çünki Azərbaycanın ərazi bütövlüyünü bütün dünya ölkələri tanıyır.

Dünya birliyi tərəfindən ərazi bütövlüyünə qarşı təhdidlər pislənməsə, dünyanın nizami birdəfəlik pozulacaq. O zaman həmin beynəlxalq təşkilatlara da ehtiyac qalmayacaq. Belə olduğu halda məlum olacaq ki, həmin qurumlar yalnız imitasiya ilə məşğuldur. Proseslər yeni dünya müharibəsinə qədər dərinləşə bilər. Ona görə də beynəlxalq təşkilatların buna getməsi inandırıcı deyil. Artıq təhlükə öz ərazilərini bürüyüb. Problemin qarşısının birdəfəlik alınmasından başqa yol yoxdur”.