“Əməkdaşlığımızın artıq yaxşı tarixi var. Azərbaycan NATO-nun bir çox əməliyyatlarında - K-4-də, İSAF-da iştirak etmişdir. İndi isə Azərbaycan Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir. Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi qulluqçumuz NATO hərbiçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir. Azərbaycan Əfqanıstan ordusunun Milli Etimad Fonduna töhfə verib və cənab baş katib qeyd etdiyi kimi, Əfqanistanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağıq”. “Əməkdaşlığımızın artıq yaxşı tarixi var. Azərbaycan NATO-nun bir çox əməliyyatlarında - K-4-də, İSAF-da iştirak etmişdir. İndi isə Azərbaycan Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir. Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi qulluqçumuz NATO hərbiçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir. Azərbaycan Əfqanıstan ordusunun Milli Etimad Fonduna töhfə verib və cənab baş katib qeyd etdiyi kimi, Əfqanistanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağıq”.

“Təhlükəsizliyi təmin etmək üçün NATO ilə tərəfdaşlığımızı davam etdiririk” - Prezident

“Əməkdaşlığımızın artıq yaxşı tarixi var. Azərbaycan NATO-nun bir çox əməliyyatlarında - K-4-də, İSAF-da iştirak etmişdir. İndi isə Azərbaycan Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir. Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi qulluqçumuz NATO hərbiçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir. Azərbaycan Əfqanıstan ordusunun Milli Etimad Fonduna töhfə verib və cənab baş katib qeyd etdiyi kimi, Əfqanistanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağıq”.

AzNews.az xəbər verir ki, bunu Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuata bəyanatında deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, 2004-cü ildən bəri Azərbaycan Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulub və dörd tsikli bitirib: “Beşinci tsikl hazırda icra olunmaqdadır. Bu, həmçinin bizim əməkdaşlığımızın vacib elementidir. Cənab baş katib qeyd etdiyi kimi, biz bu gün regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Regional təhlükəsizlik üçün ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir. Uzun illərdir ki, ərazilərimiz erməni işğalı altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və əfsuslar olsun ki, vəziyyət dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır”.

Dövlət başçısı həmçinin nəqliyyat təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə etdiklərini bildirib: “Mən cənab baş katibə məlumat verdim ki, Azərbaycan öz qonşuları ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını uğurla tamamlayıb. Bu, Asiya və Avropa arasında ən qısa yoldur və Əfqanıstana təchizat bu marşrut vasitəsilə daha asan və səmərəli olacaqdır.

Bizim NATO ilə əməkdaşlığımızın böyük potensialı var və əməkdaşlığın tarixi bunu nümayiş etdirir. Bu gün mənim NATO-nun mənzil-qərargahına səfərim artıq altıncı səfərdir. Beləliklə, bu, əməkdaşlığımızın çox güclü olduğunu nümayiş etdirir. Biz regionumuzda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün tərəfdaşlığımızı davam etdiririk”.