08:07
(077) 610-22-33

Təbriz hayqırdi: “Güney Azərbaycan İran deyil”- FOTOLAR

  • >
507 26 Fevral 2013 21:30 | Siyasət

Bü gün axşam sat 16.30-da Təbrizdə başlayan Traktorsazi- Əl-Cəzirə futbol komandalarının oyunu Azərbaycan komandasının qələbəsi ilə başa çatıb.




Güney Azərbaycandan AzNews.az-a verilən məlumata görə, oyunda Azırbaycanın şərəfi olan "Traktorsazi" komandası rəqib qapısından 3 top keçirib.

Oyun zamanı çoxminli azarkeş ordusunun qarşısını almaq mümkün olmayıb. Təbrizin "Səhənd" stadionuna 100 mindən çox azarkeş toplanıb. Polis qüvvələri oyundan əvvəl 40 –a yaxın milli fəalı həbs ediblər. Oyun zamanı maraqlı məqamlardan biri də Xocalı soyqırımının xatırlanması və ingilis dilində "Güney Azərbaycan İran deyil" plakatının açılması olub. Plakatın ingilis dilində yazılmasına səbəb oyunu izləyən xarici mətbuat nümayəndələrinin diqqətini Güney Azərbaycan məsələsinə cəlb etmək olub.



Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X