Ukraynanın Xarkov şəhərində yaşayan erməni əsilli ictimai xadim, tarixçi, ədəbiyyatçı və bloger Filipp Ekozyançın internetdə videomüraciəti yayılıb. Ukraynanın Xarkov şəhərində yaşayan erməni əsilli ictimai xadim, tarixçi, ədəbiyyatçı və bloger Filipp Ekozyançın internetdə videomüraciəti yayılıb.

"Ermənilərin bütün problemlərinin arxasında saxtalaşdırılmış tarix dayanır" - Filipp Ekozyanç

Ukraynanın Xarkov şəhərində yaşayan erməni əsilli ictimai xadim, tarixçi, ədəbiyyatçı və bloger Filipp Ekozyançın internetdə videomüraciəti yayılıb.

AzNews.az Novosti.az-a istinadən xəbər verir ki, bloger videomüraciətdə "erməni soyqırımı"nın yaranma tarixi, Ermənistanın Avropa ilə bağlı saxtalaşdırılımış tarixi barədə məlumat verir.

Həmin videomüraciəti oxucuların diqqətinə çatdırırıq:

"Biz çox gözəl bilirik ki, ermənilər və türklər 400 il ərizndə eyni ailənin, dövlətin, Osmanlı imperiyasının tərkib hissəsi olublar. Bu, gücün və birliyin yaranma tarixidir. Osmanlı imperiyasında erməniləri sadiq xalq hesab edirdilər və biz buna layiq idik. Hər şey 19-cu əsrin ortalarında dəyişdi, həmin vaxt britaniyalılar və avropalılar bizim həyatımıza soxulmağa başladı" - Bloger deyir.

O, qeyd edir ki, məhz avropalılar arxeoloji ekspedisiyalar adı ilə Osmanlı imperiyasının ərazisində saxta tarix yaratmağa başladırlar.

"Bu saxtalıqlar arasında qədim erməni dövləti də vardı. Ermənilərin arasında masonlar, daşnaklar və müxalif ziyalılar var idi. Onlar hər vəchlə Osmanlı imperiyasından ayrılaraq "Böyük Ermənistan" adı altında bədii nümunə yaratmaq istəyirdilər. Onlar nəyə nail oldular? - türk dünyası ilə ixtilaflar yarandı, biz doğma torpaqlarımızdan qovulduq və dünyadan təcrid olunduq. Bu gün türklər və ermənilər ayrı-ayrı dövlətlərdə yaşayır, öz doğma yerlərini görə bilmirlər. Mənəvi, dini, mədəni və iqtisadi əlaqələr dağılıb. Biz ermənilər hələ də britaniyalıların nağıllarına inanırıq, öyrənirik və öz fantastik ağlasığmaz qədimliyimizi gözə soxmağa çalışırıq. Bununla da öz həqiqi tariximiz yaddan çıxır. Soyqırımın mahiyyəti isə ondadır ki, bizim erməni xalqını real dünyadan virtual dünyaya köçürməyə çalışırlar". - erməni tarixçisi belə deyir.

"Avropalılar bizim keçmişi dəyişmək fəaliyyətindən heç də əl çəkməyərək bu istiqamətdə uğur əldə etmək üçün 20-ci əsrin ortalarıda "soyqırım" sözünü də ortaya atıblar. Onlar bunu beynəlxalq hüququn termini edərək geriyə işləməklə Osmanlı imperiyasında 1-ci dünya müharibəsi dövründə baş verənləri "soyqırım" adlandırıblar. Bu 1919-cu ildə Türkiyədə məhkəmə prosesinin baş tutması ilə nəticələndi ki, Osmanlı imperiyasının şərqində əhalinin qırılmasının günahkarları cəzalandırıldı. Bununla da biz ermənilər Avropanın hüquqi-siyasi dəstəyinin hiss etdik. Ermənilər yeganə ədalətli məhkəmə ilə kifayətlənmədilər və cəsarətli şəkildə Türkiyədən "soyqırım"ın tanınmasını, ərazi iddiları və digər bu kimi şeylər tələb etməyə başladılar" -erməni tarixçi deyib.

Blogerin sözlərinə görə, avropalılar bu saxta tarixə yeni-yeni dövlətlər əlavə etməyə başladılar.

"1915-ci ildə baş verən real hadisələrə gəldikdə isə, həmin ildə Osmanlı imperiyası özü və imperiyaya daxil olan bütün xalqlar baş verən hadisələrdən əziyyət çəkiblər. Что касается реальных и печальных событий 1915 года, великое злодеяние было совершено против всех народов Османской империи и против самой Османской империи как государства. Erməni xalqının nümayəndələri də bu prosesdə fəal iştirak ediblər, - o, deyib.

"Əgər biz ermənilər yalnız öz səsimizi deyil, başqalarının da səsini eşitməyə başlasaq, bizim həqiqi tariximizi öyrənməyə gözümüz açılar. Bütün problemlərimizin arxasında avropalıların quraşdırdığı saxta tarix dayanır. Saxtalaşdırılmış tarix - Ermənistanın yeganə və əsas düşmənidir ki, buna qalib gəlmək vaxtıdır". - Videomüraciətdə belə deyilir.