ABŞ Prezidenti Donald Trampla Çinin Prezidenti Si Szinpin arasında telefon danışığı olub. ABŞ Prezidenti Donald Trampla Çinin Prezidenti Si Szinpin arasında telefon danışığı olub.

İki ölkə liderləri telefonla danışdı

ABŞ Prezidenti Donald Trampla Çinin Prezidenti Si Szinpin arasında telefon danışığı olub.

AzNews.az xəbər verir ki, liderlər telefon danışığı zamanı Koreya Yarımadası məsələsinin həllində irəliləmə mövzusunda fikir mübadiləsi edərək, bu sahədə koordinasiya və əməkdaşlığı gücləndirməyə hazır olduqlarını ifadə edib. Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat verib. İki ölkə liderləri həmçinin, ikitərəfli iqtisadi və ticari əməkdaşlığı müzakirə ediblər.

Si Szinpin qeyd edib ki, "iqtisadi və ticari əməkdaşlıq hər iki dövlət üçün faydalıdır və onlar bu sağlam və sabit dinamikanı qorumalıdırlar".

Tramp da öz növbəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə nail olmaq məqsədilə ticarət və iqtisadi sahədə meydana çıxan problemləri düzgün həll etmək üçün Pekinlə işləməyə hazır olduqlarını qeyd edib.