Prezident İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib. Prezident İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib.

İlham Əliyev özbəkistanlı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Şavkat Miromonoviç.

Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıtdı.

Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".