Suriya danışıqları üzrə Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Rusiya, İran və Türkiyənin Suriya Milli Dialoq Konqresində iştirak edən təmsilçilərlə bağlı siyahıda anlaşdıqlarını bəyan edib. Suriya danışıqları üzrə Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Rusiya, İran və Türkiyənin Suriya Milli Dialoq Konqresində iştirak edən təmsilçilərlə bağlı siyahıda anlaşdıqlarını bəyan edib.

Rusiya, İran və Türkiyə razılaşdı

Suriya danışıqları üzrə Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Rusiya, İran və Türkiyənin Suriya Milli Dialoq Konqresində iştirak edən təmsilçilərlə bağlı siyahıda anlaşdıqlarını bəyan edib.

AzNews.az xəbər verir ki, Levrentyev Türkiyə, İran və Rusiyanın Suriya üzrə təmsilçilərinin Soçidə təşkil edilən 2 günlük danışıqlardan sonra münaqişənin həllində yeni yanaşmalar tapmaq məqsədilə Suriya Milli Dialoq Konqresi ilə əlaqəli əsas məsələlərin müzakirəsinin uğurla keçdiyini bildirib.

Lavrentyev, "Biz iştirakçıların siyahısında razılaşdıq. Önümüzdə ən çoxu bir, iki günlük iş qalıb ki, əlavə razılaşmaları da yoluna qoyaq". O, Suriyadakı milli dialoqun ilk qurultayının 30 Yanvarda keçiriləcəyini bəyan edib.

Onun sözlərinə görə 29 yanvar iştirakçıların toplanmasına ayrılacaq:

"Onlar birinci Soçiyə gələcəklər, sonra tədbirin keçiriləcəyi yerə aparılacaqlar".

Daha əvvəl mənbə RİA Novosti-a bildirib ki, qurultay bir gün davam edəcək.

Qurultay iştirakçılarının siyahısı müşahidəçilər və jurnalistlər üçün ən maraqlı mövzulardan biridir.

Bu gün keçirilən brifinqdə prezidentin xüsusi nümayəndəsi bildirib ki, iştirakçıların siyahısı demək olar ki, hazırdır və ən azı bir və ya iki gün çəkəcək ki, bir qədər yenidən nəzərdən keçirilsin:

"Bundan sonra konqres iştirakçılarına müvafiq dəvətnamələr göndəriləcək".