Artıq beş gündür ki, Ermənistanda Serj Sarkisyan hakimiyyətinə qarşı kütləvi etiraz mitinqləri keçirilir. Getdikcə geniş vüsət alan mitinq müxalifət liderlərindən olan Nikol Paşinyanın rəhbərliyi ilə davam etdirilir. Lakin kütləvi etirazlara baxmayaraq, Serj Sarkisyan dünən ölkə parlamentində səs çoxluğu ilə baş nazir seçildi. Paşinyan isə bununla barışmayacaqlarını bildirib və əsas məqsədlərinin Sarkisyanı vəzifəsindən uzaqlaşdırmaq olduğunu deyib. Artıq beş gündür ki, Ermənistanda Serj Sarkisyan hakimiyyətinə qarşı kütləvi etiraz mitinqləri keçirilir. Getdikcə geniş vüsət alan mitinq müxalifət liderlərindən olan Nikol Paşinyanın rəhbərliyi ilə davam etdirilir. Lakin kütləvi etirazlara baxmayaraq, Serj Sarkisyan dünən ölkə parlamentində səs çoxluğu ilə baş nazir seçildi. Paşinyan isə bununla barışmayacaqlarını bildirib və əsas məqsədlərinin Sarkisyanı vəzifəsindən uzaqlaşdırmaq olduğunu deyib.

Qərb Ermənistanda baş verənlərə niyə susur?

Artıq beş gündür ki, Ermənistanda Serj Sarkisyan hakimiyyətinə qarşı kütləvi etiraz mitinqləri keçirilir. Getdikcə geniş vüsət alan mitinq müxalifət liderlərindən olan Nikol Paşinyanın rəhbərliyi ilə davam etdirilir. Lakin kütləvi etirazlara baxmayaraq, Serj Sarkisyan dünən ölkə parlamentində səs çoxluğu ilə baş nazir seçildi. Paşinyan isə bununla barışmayacaqlarını bildirib və əsas məqsədlərinin Sarkisyanı vəzifəsindən uzaqlaşdırmaq olduğunu deyib.

Artıq etirazçılara qarşı hökumət tərəfindən sərt tədbirlər görülməkdədir. Polis və hərbi güclər tərəfindən etirazçıların qarşısı alınır, fəallar isə həbs edilir. Baxmayaraq ki, baş verən etiraz mitinqləri qanunvericilik daxilində, dinc yolla aparılır. ABŞ Dövlət Departamenti etiraz mitinqlərinə çox yumşaq və az qala, Sarkisyan hökumətinə bəraət qazandıran münasibət bildirib. Belə çıxır ki, ABŞ Ermənistandakı antidemokratiyanı təqdir edir...

Qərbin Ermənistanda baş verənlərə qarşı susqunluğu əslində ilk deyil. Serj Sarkisyanın prezidentlik dövründə ona qarşı onlarla belə etirazlar, aksiyalar olub, iğtişaşlar, qətllər törədilib. Hətta parlamentdə deputatlar gülləbaran edilib. Lakin həmin hadisələrdən sonra adını beynəlxalq hüquq müdafiəçisi qoyan təşkilatar, insan haqlarının keşikçisi rolunda çıxış edən qurumlar hansısa şəkildə reaksiya verməyiblər. Əksinə, regiondakı digər ölkələrdə, xüsusən də Azərbaycanda xırda bir aksiyaya görə, dərhal toplantılar çağırıb, bəyanatlar tirajlayıb, demokratiyanın zəlil olduğunu deyib bar-bar bağırıblar.

Azərbaycanın siyasətçiləri, ictimaiyyət nümayənələri də Qərbin hər zaman ölkəmizə qarşı ikili standartlardan çıxış etməsini, eləcə də onların Ermənistanla bağlı həqiqətləri ört-bastıq etmə cəhdlərini pisləyir. Yəni bu artıq müzakirə predmeti deyil. Görünən tək bir şey var - o da erməni lobbisinin ABŞ Dövlət Departamentinin binasına qədər sızmasıdır...

Hazırda isə bütün nəzərlər Ermənistandakı etiraz mitinqlərinə yönəlib. Əslində nə baş verir və nə ilə nəticələnə bilər? Mövzunu politoloqlarla müzakirə etdik:

Politoloq Zərdüşt Əlizadə bildirdi ki, Ermənistandakı bu etiraz dalğası heç bir nəticə verməyəcək. Bunun bir neçə səbəbləri var. Əvvəla, Ermənistan cəmiyyəti artıq oturuşub, dövlətin mahiyyəti, səciyyəsi bəllidir:

"Ermənistan Rusiyanın müstəmləkəsidir. Bu gün ermənistanda Serj Sarkisyan olmasa, onun yerində tam başqa biri olsa belə, yenə dövlətin, sistemin mahiyyəti dəyişməyəcək. Hazırda bu dövlətin xeyli qüsuru, çatışmaz cəhətləri var. Bundan əlavə, hakim zümrə bundan əvvəl də bir neçə dəfə sübut edib ki, hakimiyyəti saxlamaq naminə onlar olmazın zorakılıqlara hazırdırlar. Bir dəfə 10 nəfər öldürdülər, dəfələrlə insanları döyüb dağıtdılar. Yenə də bunu etməyə qadirdirlər. Muxalifət lideri Nikol Paşinyan bunları çox gözəl anlayır və israrla qeyd edir ki, onların etirazı zorakı səciyyə daşımır, yalnız qanun çərçivəsində, dinc formada aparılır".

Politoloq vurğuladı ki, artıq baş nazir seçilmiş Serj Sarkisyan güman ki, etiraz mitinqlərinin davam etdirilməsinə bundan sonra bir, ya iki gün icazə verəcək. onun sözlərinə görə, bundan sonra hər hansı bir qətiyyətli addım olarsa, güc yolu ilə mitinq iştirakçıları zərərsizləşdiriləcək. Çünki ortada böyük iqtisadi və geosiyasi maraqlar var. Hansısa müxalifətçinin, tələbə-gənclərin etirazı ilə nəyinsə dəyişməsinə imkan verməzlər. Bütün hallarda, bu etirazlar Paşinyana siyasi divident gətirdi, göstərdi ki, cəsarətli adamdır.

Digər politoloq Elxan Şahinoğlu isə Ermənistanda bu cür mitinqlərin gözlənilən olduğunu qeyd etdi. Bunu getdikcə insanların narazılığının artması, iqtisadi və sosial durumlarının ağırlaşması ilə əlaqələndirdi:

"Əhali kütləvi şəkildə ölkəni tərk edir. Bu durumlarına görə Qarabağda ölmək istəmirlər. Azərbaycan Ermənistanı bütün layihələrdən məhrum edib, ölkənin əlavə gəlirləri yoxdur. Beynəlxalq borcu getdikcə artır. Belə bir şəraitdə müxalifət başa düşür ki, Sarkisyanın yolunu bağlamaq lazımdır. Düzdür, buna Sarkisyan parlamentdə baş nazir seçilməzdən öncə cəhdlər olundu. Buna baxmayaraq, Sarkisyanı seçdilər, daşnaklar da ona dəstək verdilər. Bundan sonra Sarkisyan çalışacaq ki, kütləvi etirazların qarşısını alsın, hətta mümkün qədər çox polis və hərbi gücdən istifadə edəcək. Bilir ki, əgər məğlub olsa, onu həbs gözləyir. Çünki o, təkcə Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti qarşısında cinayətlər törətməyib, onun erməni əhalisi qarşısında da cinayət əməlləri var. Birinci dəfə prezident seçiləndə qırğınlar törətmişdi, onlarla vətəndaşı qətlə yetirtmişdi. Bu baxımdan, əlbəttə ki, Ermənistan hakimiyyəti dirəniş göstərəcək. Düşünürəm ki, bugündən və sabahdan etibarən müxalifətin etirazlara qatılan tərəfdarları seyrələcək. Amma bu o demək deyil ki, Serj Sarkisyanın hakimiyyəti onun üçün rahat keçəcək".

E.Şahinoğlu əlavə etdi ki, Ermənistanda belə hadisələrin təkrarlanması ehtimalı yüksəkdir. Bir müddət əvvəl də polis məntəqəsinə hücum olunmuşdu, az qaldı vətəndaş müharibəsi hədddinə çatsın. Bunun da əsas səbəbləri odur ki,Ermənistanda gün keçdikcə iqtisadi və sosial vəziyyət ağırlaşır. Digər tərəfdən, tamamən müstəqilliyini itirib Rusiyanın vassalına çevrilib. Rusiya isə bu gün Ermənistana heç bir kömək göstərmir, heç Rusiyanın öz vəziyyəti də yaxşı deyil. Ermənistanın özünün də hər hansı bir iqtisadi potensialı yoxdur ki, mövcud vəziyyəti düzəltsin. Belə bir şəraitdə isə narazılıq arta və hər an hər şey baş verə bilər.

"Hazırkı mitinqlərlə gəldikdə isə əsas dünən idi, bütün müxalif qüvvələri Paşinyana dəstək olmadı, neytral qaldılar. Dəstək olsaydı, Sarkisyanın seçilməsinə əngəl ola bilərdilər. İndi isə artıq qatar getdi. Ona görə də etirazların kütləviliyi getdikcə azalacaq"- deyə, politoloq fikrini tamamladı.

Elgün Mənsimov
AzNews.az