"Azərbaycan Prezidentinin Türkiyəyə səfəri strateji tərəfdaşlığın daha da möhkəmlənməsi, Türkiyə ilə Azərbaycanın bir-birinə ən yaxın və etibarlı tərəfdaş olması baxımından olduqca əhəmiyyətlidir" "Azərbaycan Prezidentinin Türkiyəyə səfəri strateji tərəfdaşlığın daha da möhkəmlənməsi, Türkiyə ilə Azərbaycanın bir-birinə ən yaxın və etibarlı tərəfdaş olması baxımından olduqca əhəmiyyətlidir"

“Prezidentlərin ilk səfər ənənəsi dövlətlərin bir-birinə etimadını artırır” - Rasim Musabəyov

"Azərbaycan Prezidentinin Türkiyəyə səfəri strateji tərəfdaşlığın daha da möhkəmlənməsi, Türkiyə ilə Azərbaycanın bir-birinə ən yaxın və etibarlı tərəfdaş olması baxımından olduqca əhəmiyyətlidir"

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov dedi. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə çox strateji müttəfiqliyi olan, eyni zamanda, bir-birinə doğma münasibətlər bəsləyən ölkələrdir. Artıq hər iki ölkədə prezident seçkilərindən, hökumət dəyişikliyindən sonra mütləq və mütləq prezidentin ilk səfəri qardaş ölkəyə olur:

"Bu addım artıq bir ənənə halını alıb. Cənab Prezident İlham Əliyev də dərin kökləri olan bu ənənəyə sadiq qalaraq ilk xarici səfərini Türkiyəyə etdi. Söhbət ondan getmir ki, bu səfər çərçivəsində orada hansısa sənəd və ya müqavilələr imzalanmalıdır. Bizim bir-birimizlə o qədər sıx əlaqələrimiz var ki, iki ölkə arasında bu vaxtadək lazım olan bütün sənədlər imzalanıb, hazırda da işləkdir. Ancaq bu gün dünyada təlatümlü bir dövr hökm sürür, cürbəcür hadisələr baş verir. Ona görə də Azəbaycanla Türkiyə gərək bu strateji xətləri uyğunlaşdırsınlar, müzakirə etsinlər. Bilinməlidir ki, hansı məqamda hansı addımlar atılmalıdır, nəyə güvənmək, nəyə arxalanmaq olar? Bunların hamısı hər zaman üçün aktual olan məsələlərdir. Ona görə də düşünürəm ki, bunlar hazırkı səfər zamanı bir daha gözdən keçiriləcək".

R.Musabəyov onu da qeyd etdi ki, Türkiyə və Azərbaycan prezidentlərinin bu cür xoşniyyətli və qarşılıqlı olan ilk səfər ənənəsi xalqlarımız, insanlarımız arasında olan bağlılığı daha da möhkəmləndirir. Dövlətlərin, insanların bir-birinə etimadını artırır.

Elgün Mənsimov
AzNews.az