18:15
(077) 610-22-33

““El” hərəkatında yoxam”

  • >
323 16 Mart 2013 08:13 | Siyasət

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl "El" ictimai-siyasi hərəkatının təqdimatı keçirilib. Eldar Namazov hərəkatda təmsil olunanların arasında tanınmış jurnalist, politoloq və prezidentin mətbuat xidmətinin keçmiş rəhbəri Rasim Ağayev də olub. Rasim Ağayev Haqqin.az-a açıqlamasında təqdimat mərasimində iştirak etdiyini təsdiqləsə də, hərəkatda təmsil olunmadığını bildirib.

Rasim Ağayevin sözlərinə görə, o, bir sıra alimlər və ictimai xadimlərlə birlikdə Eldar Namazovun ideyasını dəstəkləyib. Çünki ölkədəki ictimai-siyasi vəziyyət yeni qüvvələrin, fiqurların formalaşmasını tələb edir./musavat.com/
Bağla X