Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq. Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq.

Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları olacaq

Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, 28 May - Respublika Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Fəvvarələr meydanında;
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında.