Belarusda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belaruslu həmkarı Vladimir Makey ilə görüşüb. Belarusda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belaruslu həmkarı Vladimir Makey ilə görüşüb.

Elmar Məmmədyarov belaruslu həmkarı ilə görüşdü

Belarusda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belaruslu həmkarı Vladimir Makey ilə görüşüb.

XİN-in mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə edilib. Tərəflər ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulayıb.

Qeyd edək ki, E. Məmmədyarov iyunun 21-22-də Belarusun paytaxtı Minsk şəhərində "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Tədbir çərçivəsində E. Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.