- Köhnə - Siyasət
- 19 İyul 2018 18:25
- 3 683
Prezident İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə vəsait ayırdı
Azərbaycan prezidenti İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzNews.az-ın məlumatına görə, ,Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb.