ABŞ prezidenti Donald Trump Ermənistanın müstəqillik günü ilə bağlı Baş nazir Nikol Paşinyana təbrik mesajı göndərib. Bu barədə Ermənistanın “news.am” saytı məlumat yayımlayıb. Məlumatda deyilir: “Trump mesajında Ermənistanın müxtəlif platformalarda ardıcıl əməkdaşlığına, xüsusilə də NATO-dakı fəaliyyətinə və Suriyalı qaçqınların yerləşdirilməsinə görə minnətdarlığını bildirir.” ABŞ prezidenti Donald Trump Ermənistanın müstəqillik günü ilə bağlı Baş nazir Nikol Paşinyana təbrik mesajı göndərib. Bu barədə Ermənistanın “news.am” saytı məlumat yayımlayıb. Məlumatda deyilir: “Trump mesajında Ermənistanın müxtəlif platformalarda ardıcıl əməkdaşlığına, xüsusilə də NATO-dakı fəaliyyətinə və Suriyalı qaçqınların yerləşdirilməsinə görə minnətdarlığını bildirir.”

Gerçəklikdən xəbərin yoxdurmu, Donald? - Trampdan Paşinyana hiddət doğuran mesaj

ABŞ prezidenti Donald Trump Ermənistanın müstəqillik günü ilə bağlı Baş nazir Nikol Paşinyana təbrik mesajı göndərib. Bu barədə Ermənistanın “news.am” saytı məlumat yayımlayıb. Məlumatda deyilir: “Trump mesajında Ermənistanın müxtəlif platformalarda ardıcıl əməkdaşlığına, xüsusilə də NATO-dakı fəaliyyətinə və Suriyalı qaçqınların yerləşdirilməsinə görə minnətdarlığını bildirir.”

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov AzNews.az-a açıqlamasında vurğulayıb ki, Suriyadan köçürülənlər müsəlman əhali yox, erməni və yezidi kürdləridir:

“Trumpın göndərdiyi mesaja toxunmazdan öncə bir məsələni deyim. SSRİ dağılandan sonra müttəfiq respublikalar müstəqil oldu, lakin içərisində sadəcə Ermənistan müstəqil olmadı. Bu müstəqillik formal xarakter daşıyır. Onlar hələ də Rusiyanın vassal asılılığında olan bir dövlətdir. ABŞ prezidenti də bu müstəqillik oyunu ilə bağlı onlara təbrik məktubu göndərib. Məktubu incələmişəm və Suriyadan köçürülən qaçqınlarla əlaqəli hər hansı bir hissəyə rast gəlməmişəm. Orada sadəcə Trumpın Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik çağırışı var idi”.
Politoloq Trumpın bu cür siyasi səhvə yol verməyəcəyini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib:
“Mən Trumpın belə bir siyasi səhv etdiyini düşünmək istəmirəm və düşünmürəm. Çünki bu başqa bir dövlətin suverenliyinə açıq şəkildə təhdiddir ki, ABŞ-Azərbaycan ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu, Ermənistan mətbuatının və dövlətinin yeni bir siyasi əxlaqsızlığıdır. Biz onların yalan danışmağına öyrəşmişik. Çünki onlarda siyasi əxlaq deyilən anlayış, mədəniyyət yoxdur. Məsələ belədir ki, Ermənistan qaçqınları qəbul edərkən rəsmi olaraq “Ermənistan ərazisində” yerləşdirir. Özü də suriyalı müsəlmanları yox, ermənilər və yezidi kürdlərini qəbul ediblər. Hansı ki, onların siyasi qəbuluna hər zaman Ermənistan, daha doğrusu Ermənistan üzərindən Rusiya dəstək verib. Orada Qarabağ Ermənistan ərazisi kimi göstərilmir. Lakin çoxsaylı fakt var ki, həmin qaçqınları Dağlıq Qarabağda yerləşdirirlər. Erməni mətbuatı da təbrik mesajından manipulyasiya vasitəsi kimi istifadə edir”.

Pərvanə AĞAZADƏ
AzNews.az