11:07
(077) 610-22-33

“Milli Şura seçkilərə vahid namizədlə qatılmalıdır“

  • >
317 8 May 2013 09:31 | Siyasət

AXCP sədri Əli Kərimli Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu Milli Şuraya dəstək nümayiş etdirib.

Əli Kərimli partiya üzvlərinə qarşı təzyiqlərə münasibət bildirərkən müxalifətə bəzi mesajlar göndərib. AXCP sədri ağır şərtlər altında fəaliyyət göstərdiklərini bildirərək müxalifəti birləşməyə çağırıb.

Partiya sədri bildirib ki, Milli Şura seçkilərə vahid namizədlə təmsil olunmalıdır.

"Seçkilərə 5 ay qalmış hökumət belə addımlar atırsa, heç bir demokratik seçkidən söhbət gedə bilməz. Tezliklə müxalifətin böyük birliyini yaradıb, xalqımızın ciddi dəstəyilə ölkədə vəziyyəti dəyişə bilməsək, seçkilərdə iştirakın mənası qalmayacaq. Hamı gücü çatan qədər Demokratik Qüvvələrin Milli Şurasının yaranmasına dəstək verməlidir. Milli Şura isə seçkilərə vahid namizədlə, vahid güc kimi qatılmalıdır"-, deyə Ə.Kərimli bildirib.//modern.az//

AzNews.az
Bağla X