20:19
(077) 610-22-33

“Gənclərin fotolarının yayanlara ar olsun!” -Spiker

  • >
429 14 May 2013 10:51 | Siyasət

Milli Məclisin iclasında üç müxalif gəncin müvəqqəti saxlama təcridxanasında çəkilən fotoşəkillərinin sosial şəbəkələrdə yayılması məsələsi qaldırılıb.

Spiker Oqtay Əsədov deyib ki, bunun hüquq-mühafizə orqanları tərəfindən edildiyini söyləmək düzgün deyil: "Bunu kim edibsə, ona ar olsun! Əldə fakt olmadan kimisə ittiham etmək isə düzgün deyil".

Qeyd edək ki, sosial şəbəkələrdə Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və müxalifət fəalı İlkin Rüstəmzadənin müvəqqəti saxlama təcridxanasında çəkilmiş fotoşəkilləri yayılıb.

AzNews.az
Bağla X