20:45
(077) 610-22-33

ABŞ səfiri müxalifət liderlərini fövqəladə toplantıya çağırdı

  • >
399 23 May 2013 11:23 | Siyasət

Riçard Morninqstarın bu təşəbbüsünün Milli Şurayla bağlı olduğu bildirilir



Bu gün ABŞ-ın ölkəmizdəki səfirliyində səfir Riçard Morninqstarla bəzi müxalifət liderləri arasında görüş baş tutacaq. Bu barədə AZNEWS.AZ-a məlumat daxil olub.

Bu məlumatı AZNEWS.AZ-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə də təsdiqləyib.

Partiya sədri görüşün səbəbləri və orada müzakirə olunacaq mövzularla bağlı heç bir açıqlama verməyib: "Görüş hələ baş tutmayıb. Orada bəhs olunacaq mövzular barədə açıqlama verməyəcəm".

Onu da bildirək ki, Görüşdə Ümid Partiyası ilə yanaşı, VHP, AXCP və Müsavat Partiyalarının da rəhbərləri iştirak edəcək.

Əldə etdiyimiz məlumata görə, ABŞ səfirinin müxalifət liderlərini bir araya toplamasının səbəbi mayın 28-ə qədər təsis olunacağı bildirilən Milli Şuranın yaranması istiqamətində aparılan son danışıqlar barəsində liderlərin öz dilindən məlumat almaqdır.

Qeyd edək ki, müxalifət liderləri bu günə qədər olan açıqlamalarında bildirirdilər ki, müxalifət düşərəsi bir araya gələcəyi təqdirdə, xüsusən də Milli Şuranaın təsis olunacağı halda Qərbdən müxalifətə dəstək veriləcək.

Anar
AzNews.az

Bağla X