16:17
(077) 610-22-33

“Bu, Milli Şuranı zərbə altında qoymaq üçün atılan addımdır”

  • >
234 27 İyun 2013 13:16 | Siyasət


"Hər kəs bilir ki, ABŞ-a heç kimi dəvət etmirlər. İyul ayında ABŞ-da dövlət nümayəndələri hər hansı qəbul keçirmir. Qurumların əksəriyyəti məzuniyyətdə olur. Azərbaycan hakimiyyətinin də bütün bunlardan məlumatı var. Yəni Milli Şuranın ABŞ-a dəvət olunması ilə bağlı xəbərin qeyri-ciddi olduğunu bilirlər".
Bu sözləri AzNews.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, Milli Şuranın ABŞ-a dəvət olunması ilə bağlı xəbərləri həm bu dövlətdə yaşayan ACP lideri Rəsul Quliyev, həm də Müsavat başqanı İsa Qəmbər təkzib edib: "Mən bu barədə yayılan məlumatları qeyri-ciddi hesab edirəm. Gərək bu barədə qabaqcadan bu formada məlumat yaymayaydılar".
Partiya sədri hesab edir ki, bütün bunlar Milli Şuranı zərbə altında qoymaq üçün atılan addımlardır.
Qeyd edək ki, Milli Şuraya daxil olan partiya rəhbərlərinin ABŞ-a dəvət edilməsi ilə bağlı məlumatı AzNews.az yaymışdı. Həmin vaxt bu xəbəri Eldar Namazov təsdiqləmişdi. Daha sonra isə qurumun üzvü Zəfər Quliyev bildirmişdi ki, Milli Şura üzvləri iyulun 10-da ABŞ-a səfər edəcəklər. Lakin bu xəbər daha sonra İsa Qəmbər və Sülhəddin Əkbər tərəfindən təkzib edilsə də, Z.Quliyev səfərin baş tutacağında israr edir.

Anar
AzNews.az
Bağla X