01:01
(077) 610-22-33

Fərhad Məmmədov: “...Azərbaycan Ermənistana yatırmlar edə bilər”

  • >
404 3 Avqust 2012 16:56 | Siyasət

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Çinin nüfuzlu qəzetinə müsahibə verib

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Çinin ən tirajlı qəzetlərindən olan "China Youth Daily" qəzetinə müsahibə verib. AzNews.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, müsahibədə əsasən Qarabağ məsələsindən danışan F.Məmmədov bildirib ki, Ermənistanın işğalçılıq siyasətindən ziyan çəkən təkcə Azərbaycan deyil: "Dağlıq Qarabağ məsələsinin yaranma səbəbi Ermənistanın işğalçı siyasətidir. Bu siyasət təkcə Azərbaycanla məhdudlaşmır, Türkiyədə, Gürcüstanda da ərazi iddiaları var. Ermənistanın Azərbaycanın işğal faktı müasir dünyada "lokal qarşıdurmalar" çərçivəsindən çıxaraq, beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qiymətləndirilir". Mərkəz rəhbəri deyib ki, münaqişənin sülh yolu ilə həll olunmasının Ermənistan iqtisadiyyatına təkan verə bilər: "Münaqişə sülh yolu ilə nizamlansa, böyük yatırımlar etməklə Dağlıq-Qarabağ və Ermənistan daxil olmaqla bütün Cənubi Qafqaz regionunu inkişaf etdirmək olar. Çünki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sona çatması, Azərbaycan-Ermənistan, Ermənistan-Türkiyə sərhədlərinin açılmasına gətirib çıxaracaq. Bununla, Ermənistan iqtisadiyyatının inkişafı üçün şərait yaranacaq. Hazırda Azərbaycan Gürcüstana 3 milyard dollarlıq investisiya qoyub və ölkəmiz xarici ölkələrdə geniş investisiya yatırmaq marağındadır"..

Mirvari Nəcəf

AzNews.az

Bağla X