04:37
(077) 610-22-33

Azərbaycanlı alimlər İranın nüvə tədqiqatlarında - Eksklüziv

  • >
1 004 4 Avqust 2012 22:50 | Siyasət

Əslən Şabrandan olan Şirin adlı mütəxəssis İrana daha hansı alimləri aparıb?


Sovetlər İttifaqı dağılandan sonra İranın kəşfiyyat orqanları Sovet Hərbi Sənaye Kompleksində işləyən mütəxəssisləri çalışmaq üçün öz ölkələrinə dəvət etməyə başlayıb. AzNews.az-a daxil olan məlumata görə, o zamanlar Bakının Ozon zavodu hərbi təyinatlı olduğundan İran EMİSSARlarının nəzəri bu zavoddan da yan keçməyib.

Məlumata qeyd olunur ki, zavodun o zamankı aparıcı işçilərindən biri, əslən Şabrandan olan Şirin adlı mütəxəssis, alim kimi İrana dəvət edilib və onunla uzunmüddətli müqavilə də imzalanıb. Hazırda isə Şirinin əlaqələrindən istifadə edilərək digər görkəmli mütəxəssislərimizi də İrana aparmaqla məşğuldurlar.

Maraqlıdır ki, respublikamızın Müdafiə Sənayesi Nazirliyi ola-ola niyə bizim mütəxəssislərimiz az qala bütün dünya ilə üz-üz dayanan İran dövlətinə aparılır?

Düşünrük ki, aidiyyatı qurumlar bu sual ətrafında düşünərək lazımi araşdırmalar aparacaq.

AzNews.az

S.Xasmamedov

Bağla X