09:57
(077) 610-22-33

Müsavatdan Milli Şura ilə bağlı yeni iddia: “Məsələ yalnız sədrlikdə deyil”

  • >
408 29 Noyabr 2013 09:34 | Siyasət

"Milli Şuranın yalnız sədrlik və ya həmsədrliklə bağlı məsələlərinin həll edilməsi qurumun yeni obrazda hədəflər uğrunda mübarizəsinin təmin olunması demək deyil".

Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun istefasını şərh edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

O bildirib ki, bütövlükdə Milli Şuranın fəaliyyətinin yenidən qurulması, hədəflərinin müəyyənləşdirilməsi, kimlərin bu qurumda qalıb-qalmayacacağı məsələlərin müəyyən olunması vacibdir və bu da Milli Şuranın sonrakı fəaliyyəti ilə əlaqədar yeni razılaşmalara yol açacaq:

"Güman edirəm ki, yeni razılaşmalar olarsa, bundan sonra da Milli Şuranın səmərəli fəaliyyətinə nail olmaq mümkündür. Bu məsələlər hamısı müzakirə olunmalı, hədəflər müəyyənləşdirilməli və bu hədəflər uğrunda mübarizə aparılmalıdır".

"Rüstəm İbrahimbəyovun istefasını Milli Şura daxilində son aylar yaranan gərginliklə - Müsavatın mövqeyi ilə əlaqələndirmək olarmı" sualını cavablandıran A. Hacılı bildirib ki, bununla bağlı geniş məqalə yazıb və orada fikirlərini tam əhatəli şəkildə açıqlayıb.

A. Hacılı qeyd edib ki, Rüstəm İbrahimbəyovun istefası ilə bütün məsələlərin həll olunduğunu iddia etmək düzgün deyil:

"Müsavat Partiyasının mövqeyi, o cümlədən bu məsələlərlə bağlı bizim mövqelərimiz zaman-zaman mediada işıqlandırılıb. Yenə qeyd edirəm ki, Müsavat Partiyası üçün həlledici məsələ yalnız sədrliklə bağlı deyil. Bəziləri elə hesab edirdilər ki, Milli Şurada həmsədrlik institutunu tətbiq etməklə bu problemlərin həll olunması mümkündür. Biz də bunun belə olmadığını deyirdik. Yenə deyirəm ki, Milli Şuranın işinin yenidən qurulması dedikdə biz yalnız təşkilatın sədrinin kim olması məsələsini nəzərdə tutmuruq. Prezident seçkilərindən sonra ölkədə yeni siyasi şərait yaranıb.

Bu şəraitə uyğun hədəflər müəyyənləşməlidir və bu istiqamət uğrunda mübarizəni ayrı-ayrı qüvvələr və şəxslər birgə hərəkət etməlidir. Bu işlərin görülməsi ətrafında işlər gedir. Bizim bununla bağlı Cəmil Həsənli ilə görüşümüz olub. Hesab edirəm ki, digər siyasi partiya nümayəndələri ilə də müzakirələr aparılacaq və razılaşmalar əldə olunarsa Milli Şuranın bundan sonrakı fəaliyyətini tənzimləmək və gücləndirmək mümkün olacaq".

Məhəmməd
AzNews.az
Bağla X