12:30
(077) 610-22-33

“Twitter”də ən fəal liderlər kimlərdir?

  • >
618 11 Avqust 2012 15:30 | Siyasət

Ermənistan prezidenti sosial şəbəkələrdən istifadə etmir


Türkiyənin ingiliscə nəşr olunan "Today"s Zaman" qəzeti "Twitter"də dünyanın nüfuzlu siyasətçilərinin öz ölkəsi və beynəlxalq ictimaiyyətlə əlaqələrinə dair məqalə dərc edib.
Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun gürcü həmkarı Mixeil Saakaşvili bu məsələdə çox fəal olduqları halda, Ermənistanın dövlət başçısı sosial mediaya heç bir maraq göstərmir. Azərbaycan və Gürcüstan prezidentləri ölkələrinin artan nüfuzu və baş verən hadisələrlə bağlı öz səhifələrində mütəmadi olaraq şərhlər yerləşdirirlər.
Qeyd edək ki, Prezident İlham Əliyevin "Twitter" səhifəsinin 27 minə yaxın izləyicisi vardır. Dövlət başçısının ingiliscə "Müstəqillik böyük nemət, böyük nailiyyətdir və bizim üçün çox mühüm dəyərə malikdir" sözləri saytda xüsusilə populyardır. Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin isə "Twitter" səhifəsində 5 min izləyicisi var. Onun ən çox oxunan sözləri isə cari ilin mart ayında Azərbaycan parlamentində Rusiya ilə bağlı çıxışıdı.


Gültən

AzNews.az

Bağla X