23:14
(077) 610-22-33

Siyavuş Novruzov: “Get, yer götür icarə haqqı ödə...”

  • >
607 17 Dekabr 2013 13:59 | Siyasət

"Azərbaycanda bir sıra partiyalar var ki, QHT-lər vasitəsilə beynəlxalq təşkilatlardan maliyyə alıb, hökumət əleyhinə fəaliyyət göstərirlər".

AzNews.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. S. Novruzov qeyd edib ki, bu partiyalar vergi sənədlərində fəaliyyətlərini sıfır göstərir:

"Amma rəngləri günü-gündən açılır, çəkiləri çoxalır, cangüdənlər və 30-40 nəfər işçi də saxlayırlar. Fəaliyyətlərini və gəlirlərini göstərmirlər, bəs bunlar nə ilə yaşayırlar. Qərargah məsələsinə gəldikdə isə burda söhbət yeni yaradılan siyasi partiyalardan gedir. İkinci bir tərəfdən, dövlət heç bir təşkilat qarşısında öhdəlik götürməyib ki, ona qərargah verəcək. Get, yer götür icarə haqqı ödə fəaliyyət göstər. Hələ bir dövlətin siyasətinə qarşı mübarizə apar, hökumət də səni qərargahla təmin etsin?"

S. Novruzov qeyd edib ki, kim qanun çərçivəsində fəaliyyət göstərmək istəyir, buyursun, kim istəmir o da qanun qarşısında cavab verməlidir:

"Bir iğtişaş baş verir, QHT nümayəndəsi ordadır. Məsələn, elə götürək ReAL hərəkatının nümayəndəsini. Sənin orada nə işin var? Kənardan izlə, bax gör, nə olacaq? İndi məhkəmə o işə baxır və müəyyənləşdirəcək ki, onun orada nə işi var idi".

S. Novruzov dini təşkilatlarının fəaliyyətinin məhtudlaşdırlmasının da tərəfdarı olduğunu deyib.

AzNews.az
Bağla X