18:45
(077) 610-22-33

“Qərb müxalifətə heç vaxt ciddi dəstək verməyib” – Sərdar Cəlaloğlu

  • >
512 1 Yanvar 2014 11:40 | Siyasət

"Qərb heç vaxt Azərbaycan müxalifətinə ciddi şəkildə dəstək verməyib".


Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Demokratiya məsələsində qərbin siyasətini tənqid edən S. Cəlaloğlu bildirib ki, Avropa və ABŞ birmənalı şəkildə demokratiyaya açıq dəstək vermir: "Ola bilsin ki, hansısa seçkidə nəyinsə xətrinə bir bəyanat verərlər. Amma bu, birmənalı olmur".

İqtidarla müxalifət arasındakı dialoq imkanlarına da toxunan ADP sədri deyib ki, hazırkı mərhələdə nə müxalifət, nə də iqtidar dialoqun baş tutmasını istəyir: "Ona görə də hazırda bu məsələ aktual deyil. Əslində dialoqu iqtidar başlamalıdır. Güc və digər imkanlar iqtidarın əlindədir. Dövləti və milləti narahat edən problemlərin həllində dialoqun olmasını iqtidar istəməlidir".

Məhəmməd
AzNews.az
Bağla X