15:11
(077) 610-22-33

AMİP-dəki müzakirələrə Müsavat dəvət olunmadı

  • >
509 15 Avqust 2012 14:45 | Siyasət

Arif Hacılı: “Əgər bu partiyalar blok yaratmaq istəyirlərsə, birləşib yaratsınlar”



2 gün öncə AMİP qərargahında bir sıra siyasi partiyaların görüşü keçirilib. Görüşdə Yusif Bağırzadə (AMİP), Həsən Kərimov (AXCP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Taliyət Əliyev (ADP), Sülhəddin Əkbər (ACP), Əhməd Oruc (Azadlıq Partiyası) və Tahir Abbaslı (Demokratik İslam Partiyası) iştirak edib.

Müzakirələrdə qərara alınıb ki, demokratik seçki mühitinin formalaşdırılması üçün hüquqi və siyasi sənədlərin hazırlanması həyata keçirilsin. Görüşdə həmçinin, vahid blok yaratmaq məsələsi də müzakirə mövzusu olub. Toplantıya Müsavat partiyası qatılmayıb. Bu da o anlama gəlir ki, Müsavat partiyası bu müzakirələrdən kənardadır.

Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı Müsavat partiyasının başqan müavini Arif Hacılının mövqeyini öyrənib. O, bildirib ki, AMİP-in qərargahında baş tutan görüşündən xəbərsiz olub: "Əgər bu partiyalar blok yaratmaq istəyirlərsə, birləşib yaratsınlar. Kimsə onlara bir söz deyə bilməz. Bu, onların müstəqil atdıqları addımdır. Mən də öz növbəmdə onlara uğurlar arzulayıram".

Başqan müavini İctimai Palatanın gücsüz olduğunu deyənlərə də sərt mesaj verib: "Kimsə İctimai Palatanın zəif olduğunu düşünürsə, fikirlərində yanılır. İctimai Palata müxalifətin güc mərkəzidir".

İlkin
AzNews.az
Bağla X