12:33
(077) 610-22-33

İsrailli politoloq: “Qarabağda müharibənin başlanmasına kiçik bir insident kifayətdir”

  • >
1 207 15 Avqust 2012 18:15 | Siyasət

“Hesab edirəm ki, İrana hücum Azərbaycanın üçün dağıdıcı olacaq”



İqtisadiyyat və siyasət sahəsində məşhur israilli mütəxəssis Mixail Oşerovun AzNews.az-a müsahibəsi:


- Siz yaxın gələcəkdə Qarabağ münaqişəsinin həlli ilə bağlı perspektivi necə qiymətləndirirsiniz?

- Mən bu gün, mövcud şərtlər daxilində, münaqişə tərəflərini qane edən hər hansı razılaşmanın əldə oluna biləcəyinə əmin deyiləm. Ancaq istərdim ki, tərəflərin gələcək addımları hərbi deyil, yalnız diplomatik və siyasi olsun.

- Son zamanlar cəbhə xəttində vəziyyət ciddi sürətdə kəskinləşib. Sizin fikirinizcə, Dağlıq Qarabağda yenidən geniş miqyaslı hərbi əməliyyatların başlanma ehtimalı nə qədərdir?

- Mənə İsraildən, ümumiyyətlə, kənardan cəbhədəki gərginliyin dərəcəsi barədə fikir yürütmək çətindir. İsrailə İkinci Livan müharibəsini başlamaq üçün sərhəddə yaşanmış kiçik bir insident kifayət etdi. Ümid edirəm ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət hərbi əməliyyatların başlanmasına gətirib çıxarmayacaq.

-Hazırda Qarabağ münaqişəsinin üç əsas vasitəçisi - Rusiya, ABŞ və Fransadır. Bununla belə son zamanlar münaqişə tərəfləri və vasitəçilər tez-tez Fransanın, məsələn Almaniya və ya Avropa Birliyi ilə əvəzlənməsinin mümkünlüyünü müzakirə edirlər. Siz necə hesab edirsiniz, İsrail Qarabağ münaqişəsində əsas vasitəçilərdən biri ola bilərmi?

- İsrail ölkə kimi o qədər də bitərəf deyil, münaqişə tərəflərindən birini kütləvi şəkildə silahla təchiz edən ölkə, vasitəçi kimi çıxış edə bilməz. Bundan əlavə, İsrailin diplomatiya üslubu - iti, aqressiv, güc və cəzasızlıq mövqeyində olduğundan vasitəçi roluna uyğun gəlmir.

- Suriyada vəziyyətin inkişafını necə dəyərləndirərdiniz?

- Suriyada Liviya ssenarisinin təkrarlanması baş verir - xarici güclər tərəfindən təhrik olunan vətəndaş müharibəsi. Suriya regionun açar ölkəsidir, Suriya rejiminin özü və Suriyaya müttəfiq ölkələr - Rusiya, Çin, və İran Bəşər Əsədə sona qədər köməklik göstərəcəklər. Onlar Liviyada Müammar Qəddafi rejiminə qarşı xarici aqressiyaya izin verməklə böyük səhv etdilər, indi bu səhvi təkrarlamamağa çalışırlar. Həqiqətən, Suriyaya neft nəqlini diversifikasiya etmək üçün Fars körfəzindən Avropaya neft kəməri zolaqı lazımdır. Suriyadakı hadisələr ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və anidən Türkiyənin maraqları da üst-üstə düşməsi ilə bu ölkələrin ittifaqının yaranmasına səbəb oldu. Suriyaya qarşı aqressiya Türkiyə hökumətinin geopolitik səhvidir, çünki, regionda lider mövqedə olan İran – Suriya – Türkiyə blokunun yaranmaması Amerakanın maraqlarına xidmət etmiş oldu.

- Əksər ekspertlər əmindirlər ki, Suriyadan sonra Qərb ciddi sürətdə İran məsələsi ilə məşğul olacaq...

- Ümid edirəm ki, İran dövləti və İran xalqı ağır xarici-siyasi və daxili-iqtisadi vəziyyətdən üzü ağ çıxacaq, İran dövləti dövlət olaraq qalacaq və müstəqil olacaq.

- İrana ilk hərbi zərbənin İsrail tərəfindən endirilməsi ehtimalı nə qədər realdır?

- ...İsrailin İrana qarşı aqresiyası mövcuddur və bu, hər gün artır. İsraildə əhaliyə əlehiqazlar paylanır, fasiləsiz olaraq mülki müdafiə təlimləri keçirilir. İsrailin İrana hücumunda açar ölkə rolunu Azərbaycan oynayır. Əgər Azərbaycan dövləti İranla sərhəddə yerləşən hava limanlarını İsrailin sərəncamına verərsə, o, zaman İsrailin həmləsi effektiv ola bilər. Sadə insanlar, sadə israillilər İranla müharibə üçün o qədər də həvəsli deyil, ancaq İsrail hökumətində paranoya səviyyəsində olan əhval-ruhiyyə mövcuddur. Atom bombası İrana Amerika – İsrail təzyiqinə davam gətirə bilmək üçün lazımdır. İsrail hökuməti isə buna yol vermək istəmir. Hesab edirəm ki, İrana hücum Azərbaycanın üçün də dağıdıcı olacaq.

Həmid Həmidov
AzNews.az
Bağla X