04:55
(077) 610-22-33

Zərdüşt Əlizadə: "Ankara özü də bilmədən Amerika siyasətinin ardınca gedib"

  • >
658 16 Avqust 2012 15:19 | Siyasət

Ötən gün AzNews.az-a verdiyi müsahibəsində israilli politoloq Mixail Oşerov Rusiya, Çin və İranın Liviyada yol verdikləri yanlışlıqları Suriyada təkrarlamayacaqlarını bildirib. Onun sözlərinə görə, Suriya regionun açar ölkəsidir. Bu səbəbdən də Suriya rejiminin özü və Suriyaya müttəfiq ölkələr - Rusiya, Çin, və İran Bəşər Əsədə sona qədər köməklik göstərəcəklər.

Həmçinin, ekspert hesab edir ki, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və anidən Türkiyənin maraqlarının üst-üstə düşməsi Suriyadakı hadisələrin ortaya çıxmasına və bu ölkələrin ittifaqının yaranmasına səbəb olub. O, Suriyaya qarşı aqressiyanı Türkiyə hökumətinin geopolitik səhvi kimi dəyərləndirib. M.Oşerov qeyd edib ki, regionda lider mövqedə olan İran – Suriya – Türkiyə blokunun yaranmaması Amerakanın maraqlarına xidmət etmiş oldu.

"Qərbin təşkil etdiyi Lviya böhranında Risiya, Çin və İranın tutduğu mövqe son nəticədə Liviyanın darmadağın edilməsinə, beynəlxalq hüququn kobud şəkildə pozulmasına, NATO dövlətlərinin Liviyaya müdaxiləsində beynəlxalq hüquqdan sui-istifadəyə gətirib çıxardı". Bunu AzNews.az-a politoloq Zərdüşt Əlizadə həmkarının fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu proseslər nəticəsində ərəb dünyasına demokratiyanın gətiriləcəyi bəyan olunurdu. Amma nəticə ortadadır, demokratiyadan əsər-əlamət yoxdur, hələ də Liviyada qəbilələr bir-birini qırır: "Çunki orta əsr səviyyəsində yaşayan xalqların birdən-birə gəlib demokratiyaya çıxması mümkün deyil. Suriya məsələsinə gəlincə, bəli, əgər Rusiya-Çin-İran geri çəkilsələr bu, onların özlərinin milli təhlükəsizliklərinin ciddi şəkildə təhlükə altına düşməsinə gətirib çıxaracaq. Ona görə də əminəm ki, onlar bu məsələdə öz maraqlarını təhlükəyə atmayacaqlar".

Türkiyənin Suriya hadisələrində oynadığı rola gəlincə, Z.Əlizadə bildirib ki, rəsmi Ankara özü də bilmədən Amerikanın yürütdüyü siyasətin ardınca gedib: "Bəli, Türkiyə öz milli maraqlarını nəzərə almadan ABŞ-ın siyasətinin ardınca düşüb. Əgər Türkiyə belə davam edərsə, bu, Türkiyənin təhlükə altına düşməsinə səbəb ola bilər".


Gültən

AzNews.az

Bağla X