Mehriban Vəzir Milli Şuradakı davadan danışdı

"Səsvermə ərəfəsində sessiyanı tərk etdim. Mən gedəndən sonra nə baş verib bilmirəm. Bircə onu bilirəm ki, siyahıda adım var. Deyəsən seçki iki dəfə keçirilib. Yəqin ki, Milli Şuranın monitorinq qrupu səsvermə ilə bağlı öz fikirlərini açıqlayacaqlar".


Bunu AzNews.az-a Milli Şura üzvü Mehriban Vəzir deyib.

M.Vəzir onu da vurğulayıb ki, sessiyada AXCP nümayəndələri ilə heç bir problem yaşanmayıb və mətbuatda bununla bağlı yayılan məlumatlar yalandır: "Cəbhəçilərlə heç bir münaqişəm olmayıb. Əks fikirlər olub.

Cəbhəçi bir fikir deyibsə, mən onun əksinə çıxmışam. Mübahisə olmayıb, iclasdır, hərə öz fikrini dilə gətirib. Mən müstəqil adamam, partiya adamı deyiləm. Mən bunu xüsusi vurğulayıram ki, cəbhəçilərdən özümə qarşı heç bir sayğısızlıq görməmişəm. Mənə qarşı mədəni bir davranış olub".

Bahar Rüstəmli
AzNews.az