13:12
(077) 610-22-33

Əbülfəz Elçibəyin zəhərlənməsi faktı ilə bağlı cinayət işi başlandı

  • >
396 17 Avqust 2012 12:37 | Siyasət

Baş Prokurorluq mərhum prezident Əbülfəz Əliyevin zəhərlənməsi faktı ilə bağlı cinayət işinin başlanmasına dair məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, sabiq prezident Əliyev Əbülfəz Qədirqulu oğlunun qəsdən zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti Bakı Şəhər Prokurorluğunda araşdırılıb.

Araşdırma zamanı H. Hacıyev və başqaları Ə. Əliyevin ölümündən əvvəl zəhərlənməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi barədə məlumat əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən törədilməsinə kifayət qədər ehtimalların olduğunu bildiriblər.

Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AzNews.az
Bağla X