10:53
(077) 610-22-33

Azərbaycan hökümətindən Ukraynadakı siyasi gərginliyə münasibət

  • >
1 161 1 Fevral 2014 11:28 | Siyasət

"Ukrayna Azərbaycanın dostlarından biridir. İstərdik ki, Ukraynada tezliklə siyasi sabitlik - əminəmanlıq bərpa olunsun. Əlbəttə ki, orada baş verən hadisələr Ukraynanın daxili işidir".


AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Ukraynada baş verən son siyasi gərginliyə münasibət bildirən Ə. Əhmədov vurğulayıb ki, Ukrayna xalqı öz inkişaf yolunu seçmək səlahiyyətlərinə malikdir: "Biz bu hüquqa və səlahiyyətə hörmətlə yanaşırıq. Dost ölkə olaraq Ukraynadan gözləntimiz ondan ibarətdir ki, bütün bu narahatlıqlar, qeyri-sabitlik aradan qaldırılsın və orda siyasi sabitlik bərpa olunsun".

Amid
AzNews.az
Bağla X