00:39
(077) 610-22-33

Məhkəmə zəlzələ səbəbindən təxirə salınıb

  • >
428 20 Avqust 2012 16:25 | Siyasət

İranda həbsdə saxlanılan Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə bağlı məhkəmə avqustun 22-dək qərar çıxarılacaq. Bu barədə APA-ya Ş. Hacızadənin atası Mail Hacızadə məlumat verib.


O, bunu İranda görüşdükləri məhkəmə hakiminə istinadən bildirib: "Hakim bizə bildirdi ki, məhkəmə qərarı avqustun 15-də olmalı idi, lakin həmin tarixdən bir neçə gün əvvəl bu ölkənin Şərqi Azərbaycan vilayətində zəlzələ olduğundan məhkəmənin qərarı təxirə salınıb. Hakim bildirdi ki, məhkəmə qərarı avqustun 20-si, 21-i, yaxud 22-də olacaq. Biz dedik ki, Azərbaycanla İran arasında viza sistemi tətbiq olunduğundan, həmin vaxt gələ bilməyəcəyik.


Ona görə də məhkəmə qərarını Azərbaycan Xarici İşlər Nazirliyindən alacağıq. Məhkəmədən ədalətli qərar gözləyirik". Xatırladaq ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə şeir festivalında iştirak üçün İrana gedib və mayın 2-də orada həbs olunublar.


AzNews.az

Bağla X