00:34
(077) 610-22-33

İcra hakimiyyətləri seminarlara başlayır

  • >
538 27 Avqust 2012 09:40 | Siyasət

Azərbaycan Milli QHT Forumu "Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası " adlı layihə həyata keçirir.

Milli QHT Forumundan AzNews.az-a verilən məlumata görə, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarını təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir.

Layihə çərçivəsində Bakı şəhərinin 11 rayonunun İcra Hakimiyyətində seminarlar keçiriləcək. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilir. 28 avqust 2012-ci ildə Abşeron Rayonu Mədəniyyət Evində layihə çərçivəsində seminar başlanacaq.

AzNews.az
Bağla X