01:30
(077) 610-22-33

İradə İsaq ATV telekanalında çalışacaq

  • >
2 196 27 Avqust 2012 15:27 | Siyasət

Publika.az saytında verilən "İradə İsaq ATV-yə rəhbər təyin olundu" başlıqlı xəbəri həqiqətdən uzaqdır. Teleaparıcının bildirdiyinə görə, onun ATV kanalı ilə əməkdaşlıq edəcəyi ilə bağlı xəbər həqiqət olsa da, doğru araşdırılmayıb.

O, yeni mövsümdə ATV telekanalında yeni layihə hazırladığını və bu layihənin rəhbəri olaraq fəaliyyət göstərəcəyini vurğulayıb. Xeyli maraqlı ssenari əsasında hazırlanan proqramın adının nə olacağı və nə vaxt efirə gedəcəyi ilə bağlı isə teleaparıcı hələlik məlumat açıqlamaq istəmədiyini qeyd edib.

Yaşar
AzNews.az
Bağla X