08:20
(077) 610-22-33

Abbas Abbasov axır ki, dilləndi: Jirinovskini məhkəməyə verir

  • >
3 449 21 Mart 2014 16:54 | Siyasət

Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin ("AzərRos"un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Jirnovskiyə cavab verib.

Ağsaqqallar Şurasının sədri bildirib ki, "AzərRos öz həmyerlilərinin hüquqlarının müdafiəsi üçün mübarizə aparacaq.

O, qeyd edib ki, Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovskinin çıxışında cinayət elementləri var. "AzərRos Ağsaqqallar Şurasının sədri olaraq, Rusiyadakı azərbaycanlılarının və öz adımdan Vladimir Jirinovskinin ekstremal çıxışı ilə bağlı kəskin təəsüfümü bildirirəm. "AzərRos" belə hərəkətlərin yolverilməzliyini qeyd edir və öz həmyerlilərinin hüquqlarının müdafiəsi üçün mübarizə aparacaq.

A.Abbasov qeyd edib ki, Rusiya ərazisində 600 min Rusiya vətəndaşı olan etnik azərbaycanlı, eləcə də təxminən yarım milyon Azərbaycan vətəndaşı yaşayır. Açıqlamaları ilə Jirinovski nəinki bütövlükdə Azərbaycan xalqının, həm də onun seçiciləri və Rusiya vətəndaşı olan öz vətəndaşlarının hüquqlarını pozub.

"Bunun üçün də biz Jirinovskinin çıxışı ilə bağlı Dövlət Dumasının etika komitəsinə müraciət edəcəyik və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq onun təqibinin təşkil edəcəyik. Jirinovskinin etdiyi və dediyi hər şey düzgün deyil və hər şeydən öncə Rusiya və orada məskunlaşan xalqalara qarşıdır. Bu əsas məqsədi çoxmillətli Rusiyada xaos və ixtişaş yaratmaq olan ən kəskin təxribatçıdır. Müxtəlif xalqaların milli dəyərlərini təhqir etməklə Jirinovski xalqlararası ədavəti kəskinləşdirir".

"AzərRos" Vladimir Jirinovskinin son kütləvi çıxışları ilə bağlı məhkəmə iddiası ilə RF Baş prokurorluğuna müraciət etmək niyyətindədir. A.Abbasov qeyd edib ki, o, Rusiyanın Azərbaycan icmasının rəhbəri kimi Jirinovskinin ksenefobiya və insana qarşı nifrətlə bağlı çıxışları ilə bağlı qanunvericilik qarşısında məsələ qaldırmaq istəyirəm.

"Azərbaycanlılar qədim mədəniyyətə malik, sülhsevər və tolerant, onu əhatə edən cəmiyyətin qanunlarına riayət etməyə çalışan xalqdır. Konfutsi haqlı idi: "Ağıllı adamlar illər keçdikcə ağıllanırlar, axmaqlar isə daha da təkmilləşirlər".

anspress.az
Bağla X