16:44
(077) 610-22-33

Pinto Dağlıq Qarbağ münaqişəsindən danışdı

  • >
3 514 28 Avqust 2012 16:07 | Siyasət

Diyeqo Pinto: “Münaqişə Ermənistana daha çox iqtisadi zərbə vurur”



Beynəlxalq Avropa Hərəkatının baş katibi Diyeqo Pinto bildirib ki, Dağlıq Qarabağ münaqişəsi hər iki ölkəyə həm sosial, həm iqtisadi, həm də siyasi baxımdan mənfi təsir göstərməklə yanaşı, regionun Avropaya inteqrasiyasına ciddi şəkildə mane olur. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, Pinto region dövlətlərindən Gürcüstanı neytral ölkə adlandırıb və bildirib ki, Gürcüstan digər iki qonşu ölkə ilə normal münasibətdədir və bu ölkələrin vətəndaşları yalnız Gürcüstanda bir araya gələ bilirlər.

Beynəlxalq Avropa hərəkatının baş katibi həmçinin qeyd edib ki, bu münaqişə daha çox Ermənistanın iqtisadiyyatına zərbə vurur, Azərbaycanda isə bu təsir daha çox sosialdır. Pinto onu da etiraf edib ki, münaqişə özü-özlüyündə çox mürəkkəbdir və problemin həlli təkcə beynəlxalq təşkilatların səyi ilə həll oluna bilməz.

Bununla belə, hərəkatın baş katibi daha çox problemin həllində vətəndaş cəmiyyətinin roluna önəm verib və işğalçı dövlətə edilə biləcək təzyiqlərdən bəhs etməyib. O, həmçinin vurğulayıb ki, Avropa birliyi münaqişənin sülh yolu ilə həll edilməsi üçün kifayət qədər səy göstərərsə, bu həm birliyin, həm də bütövlükdə regionun maraqlarına xidmət etmiş olar.

Sadiq
AzNews.az
Bağla X