21:15
(077) 610-22-33

Elman Məmmədov: “İşğaldan xilas hərbi yoldur”

  • >
496 29 Avqust 2012 19:30 | Siyasət

Milli Məclisin deputatı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov media nümayəndələri ilə söhbətində təcavüzün aradan qaldırılması üçün Ermənistana təzyiq göstərilmədiyini deyib: "ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti nəticə verməlidir. Danışıqlar prosesinin davam etməsi müsbət hal olsa da, işğalçı Ermənistana qarşı ciddi tədbirlər görülmür".

E.Məmmədov bildirib ki, təcavüzkara qarşı beynəlxalq hüquq çərçivəsində lazımi addımlar atılmayınca, münaqişənin həllində hər hansı irəliləyişin olması inandırıcı deyil. Onun sözlərinə görə, beynəlxalq hüquq Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına tam imkan və əsas verir. Lakin beynəlxalq birlik tərəfindən hələ də sanksiya tətbiq olunmaması, ikili standartların davam etməsindən xəbər verir.

"Təəssüf ki, işğalçı ilə işğala məruz qalan dövlətə bərabər münasibət göstərilir. Beynəlxalq birlik konkret mövqe ortaya qoymasa, həmsədrlər işğalçı Ermənistanı öz adı ilə çağırmasa, Sarkisyan hakimiyyəti müxtəlif bəhanələrlə münaqişənin uzanmasına çalışacaq. Bütün bunlar isə Azərbaycanı öz torpaqlarını hərbi yolla işğaldan azad etmək məcburiyyətinə sövq edir", - deyə, deputat əlavə edib.

Gültən
AzNews.az
Bağla X