13:03
(077) 610-22-33

İctimai Palata dağılır?

  • >
553 30 Avqust 2012 11:24 | Siyasət

Pənah Hüseyn: “Əgər belə bir ehtimal olsaydı, AXCP-nin dünən keçirdiyi iclasdan bəlli olardı"



Xəbər verildiyi kimi, bir neçə gün öncə Müsavat partiyasının başqanı İsa Qəmbər "Azadlıq" radiosuna müsahibəsində deyib ki, 2013 cü il prezident seçkilərində namizəd olacaq: "2013-cü il seçkilərində iştirak etmək niyyətindəyəm. Mənə səs verəcək insanların ümidlərini doğruladacağam".

Partiya sədrinin bu çıxışı siyasi düşərgədə birmənalı qarşılanmayıb. İsa Qəmbərin bu cür bəyanatını Əli Kərimliyə böyük zərbə vurması kimi qiymətləndirənlər də var. Hətta bəzi qüvvələr İctimai Palatanın dağılacağı ehtimalını irəli sürürlər.

Məsələ ilə bağlı AzNews.az-a şərh verən İctimai Palatanın koordinasiya şurasının üzvü Pənah Hüseyn deyilənləri cəfəngiyyat adlandırdı: "Cəfəng fikirlərə uymaq lazım deyil. İsa Qəmbərin bu çıxışı müxalifət düşərgəsində heç bir narazılıqla qarşılanmayıb.

İctimai Palatada olan iki partiya arasında normal münasibətlər davam etməkdədir. İctimai Palata niyə dağılmalıdırki? Əgər belə bir ehtimal olsaydı, AXCP-nin dünən keçirdiyi iclasdan bəlli olardı. Müsavat və AXCP olaraq, demokratik mühitin formalaşdırılmasına çalışırıq. Qarşıda bizim birlikdə görəcəyimiz çox işlər var".

İlkin
AzNews.az
Bağla X