03:34
(077) 610-22-33

Metro qatarları 2 dəqiqəlik intervala keçir

  • >
394 3 Sentyabr 2012 14:45 | Siyasət


Senyabrın 15-dən etibarən Bakı Metropolitenində qatarların hərəkət intervalı 2,5 dəqiqədən 2 dəqiqəyə qədər azaldıacaq. Bu barədə məlumatı AzNews.az-a Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva verib. N.Tanrıverdiyeva bildirib ki, qış vaxtına keçidlə əlaqədar sərnişinlərin sayında kəskin artım gözlənilir:"Buna görə də qatarların hərəkət intervalı 2 dəqiqə təşkil edəcək.

Yay mövsümündə sərnişinlərin sayə az olduğundan interval 2,5 dəqiqə təşkil edirdi". Metropoliten rəsmisi "Koroğlu", "Memar Əcəmi" kimi stansiyalar daxil olmaqla bir sıra stansiyalarda turniketlərin sayının azlığı səbəbindən növbələrin yaranması məsələsinə də münasibət bilidirib:"Hələlik turniketlərin artırılması məsələsi gündəmdə yoxdur. Amma vətəndaşlardan turniketlərin azlığı ilə bağlı müraciətlər daxil olarsa, say artırıla bilər".

E.Əlosmanqızı
AzNews.az
Bağla X